"Barselona" hazırda heyətində icarə əsasında çıxış edən "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu komandada saxlamağa maraq göstərir. Bu barədə "Transfer News Live" portalı məlumat yayıb. Xəbərdə deyilir ki, İngiltərə klubunun futbolçunun transfer qiyməti ilə bağlı sərt mövqeyi kataloniyalılar üçün problemə çevrilə bilər.
"Qırmızı şeytanlar" Reşford üçün tələb olunan 30 milyon avroluq təzminat məbləğini aşağı salmağa razı deyillər. Məlumata görə, əgər tərəflər arasında razılıq əldə olunmasa, "Barselona" "Lion"un vingeri Malik Fofananın transferinə yönələcək.
Mətləb