Yanvarda metrodan istifadə edən sərnişinlərin sayı 2 %-dən çox azalıb

21 Fevral 2026 14:47 (UTC+04:00)

Bu ilin yanvarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 17 milyon 595,6 min nəfər olub.

SİA bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 388,8 min nəfər və ya 2,2 % azdır.