Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb

21 Fevral 2026 11:51 (UTC+04:00)

Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb.

SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4 patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.

Bundan başqa, ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə də tapılıb.