Müdafiə Nazirliyinin Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

21 Fevral 2026 10:31 (UTC+04:00)

Müdafiə Nazirliyinin (MN) Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

SİA xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Bildirilib ki, tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər.

Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.