Azərbaycan PL: "Karvan-Yevlax" "Araz-Naxçıvan"a qarşı

21 Fevral 2026 09:31 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.

"Karvan-Yevlax" doğma meydanda "Araz-Naxçıvan"ı qonaq edəcək. Matç saat 14:30-da start götürəcək.

Qeyd edək ki, bu gün keçirilməli olan "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.