Netanyahudan İrana hücum mesajı: “Təsəvvür edə bilməyəcəkləri cavabı verərik”.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu deyib: “Əgər misillemə etsələr, İrana təsəvvür edə bilməyəcəkləri cavabı verərik.”
İsrail Baş naziri Binyamin Netanyahu hərbi məzuniyyət mərasimində çıxış edərək İsrailin İran siyasəti ilə bağlı açıqlama verib. O, ABŞ-ın İrana mümkün hücumu ilə bağlı orduya və mülki müdafiə bölmələrinə “müharibəyə hazırlıq” təlimatı verdiyini bildirib və İsrailin İran əleyhinə ən böyük müttəfiqi ABŞ ilə birlikdə çalışdığını qeyd edib.
Netanyahu bildirib ki, keçən həftə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə İranla aparılacaq danışıqlarda izlənəcək əsas prinsiplər barədə İsrailin mövqeyini çatdırıb. Hər cür ssenarilərə hazır olduqlarını vurğulayan Netanyahu deyib: “Bir şey dəqiqdir; əgər Ayətullahlar səhv edərək bizə hücum etsələr, təsəvvür edə bilməyəcəkləri cavabla qarşılaşacaqlar.”