Amazon ABŞ-da bütün pərakəndə satışların təxminən 9%-ni təşkil edir, Walmart-ın payı isə təxminən 7,6%-dir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ötən il Amazon gəlir baxımından Walmart-ı keçərək bu göstəriciyə görə ABŞ-ın ən böyük şirkəti oldu.Dünən açıqlanan maliyyə nəticələrinə görə, Walmart 31 yanvarda bitən maliyyə ili üçün 713,2 milyard dollar gəlir əldə etdiyini bildirib. Amazon əvvəllər 2025-ci il üçün illik gəlirin 716,9 milyard dollar olduğunu bildirib. Walmart gəlirini 4,7% artırıb, Amazon-un gəliri isə 12,4% artıb.
PYMNTS Intelligence- ə görə , Amazon ABŞ-da bütün pərakəndə satışların təxminən 9%-ni təşkil edir, Walmart-ın payı isə təxminən 7,6%-dir.
Walmart 2001-ci ildə Exxon Mobil neft şirkətini geridə qoyduqdan bəri illik gəlir baxımından liderliyini qoruyub saxlayır .
Amazon 1994-cü ildə Jeff Bezos tərəfindən onlayn kitab mağazası kimi təsis edilib . Bu gün şirkət aparıcı onlayn pərakəndə satış şirkəti, bulud xidmətləri təminatçısı və süni intellekt texnologiyaları təminatçısına çevrilib. Amazon həmçinin öz elektron cihazlarını, geyimlərini və qida məhsullarını istehsal edir, yayım xidmətinə sahibdir və filmlər və seriallar istehsal edir.
Cümə günü keçirilən ticarətdə Amazon səhmləri 0,3% artıb, Walmart səhmləri də 0,3% artıb. Amazon-un bazar kapitallaşması 2,2 trilyon dollar, Walmart-ın isə 995 milyard dollardır.
Xatırladaq ki, Amazon.com Inc. Yeni Zelandiyada bulud infrastrukturunun inkişafına 7,5 milyard Yeni Zelandiya dolları (4,4 milyard dollar) sərmayə qoymağı planlaşdırır .
Daha əvvəl bildirilmişdi ki, Amazon.com Inc. xərclərin azaldılması proqramı çərçivəsində təxminən 14.000 korporativ işçini işdən çıxarmağı planlaşdırır .