Rəsmi Bakı diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı Sloveniyanı təbrik edib

20 Fevral 2026 13:54 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Sloveniya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edilib.

SİA xəbər verir ki, paylaşımda qeyd olunub:

"Biz Azərbaycan ilə Sloveniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sloveniya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edir, ikitərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətimizi bir daha təsdiqləyirik".