ABŞ-ın keçmiş vitse-prezidenti İran mollalarını geri çəkilməyə çağırdı

20 Fevral 2026 13:11 (UTC+04:00)

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bildirib ki, illərdir İsrail və ABŞ-ı təhdid etdikdən sonra İran ya təcavüzkar siyasətindən əl çəkməli, ya da nəticələri ilə üzləşməlidir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pens sosial mediada yazıb:

"İran onilliklərdir dünyanın aparıcı terrorizm sponsoru olan, regionda və öz xalqına qarşı zorakılıq yaradan və İsrail və ABŞ-ı təhdid edən dövlətdir.

Tehrandakı mollaların ya geri çəkilməli, ya da bədəlini ödəməli vaxtıdır".