Bu ölkə Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcək

20 Fevral 2026 12:31 (UTC+04:00)

Rusiya və Belarusdan olan nümayəndələrin milli rənglər altında iştirak etməsi səbəbindən Ukrayna nümayəndə heyəti rəsmi Oyun tədbirlərində iştirak etməkdən çəkinəcək.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi bu yaxınlarda altı Rusiya və dörd Belarus idmançısına 2026-cı il Oyunlarında iştirak etmək üçün dəvət göndərib . Bununla əlaqədar olaraq, Ukrayna komandasının 6-15 mart tarixlərində keçiriləcək 2026-cı il Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcəyi qərara alınıb.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna Milli Paralimpiya Komitəsinin rəhbəri Valeri Suşkeviç əvvəllər komandanın Oyunları boykot etmək niyyətində olmadığını, lakin açılış mərasimində iştirak etməmək qərarına gəldiyini açıqlamışdı. Bundan əlavə, İtaliya hökumətinin Rusiya və Belarus para-idmançılarının Oyunlarda milli bayraqları altında iştirakına qarşı çıxdığı bildirilib .

Daha əvvəl Ukrayna rəsmilərinin Paralimpiya Oyunlarına qatılmayacağı bildirilmişdi .