Yasamal rayonunda çalışdıqları şirkətin anbarından 10 min manatlıq təmir-tikinti materialları oğurlamaqda təqsirləndirilən şəxslər saxlanılıb.
Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq oğurluq cinayətini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.