Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün keçiriləcək.
SİA xəbər verir ki, saat 18:00-da "Ordu" klubu "Sabah"la qarşılaşacaq.
Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.
Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.