Larsdan keçən yol bağlı olaraq qalır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Yol Departamentinin məlumatına görə, Gürcüstan Ermənistanla sərhədlərdən birinə gedən yolu yük maşınları üçün yenidən açıb.
Əvvəllər əlverişsiz hava şəraiti səbəbindən yol qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün bağlanmışdı.
Bəyanatda deyilir: "Axalkalaki-Ermənistan sərhədi avtomobil yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün hərəkət bərpa edilib.
Lakin Gürcüstandan Rusiyaya Larsdan keçən yol bütün növ nəqliyyat vasitələri üçün bağlı qalır.