"Azərbaycan ədalətli məhkəmə prinsiplərinə sadiqdir" - Siyavuş Novruzov

20 Fevral 2026 12:04 (UTC+04:00)

"Ölkəmiz beynəlxalq konvensiyalara qoşulub və ədalətli məhkəmə prinsiplərinə sadiqliyini bəyan edib".

SİA xəbər verir ki, bu fikirləri Parlamentin plenar iclasında deputat Siyavuş Novruzov qeyd edib.

Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi məhkəmə proseslərini və insan hüquqları sahəsindəki tədbirlərini ədalətsiz şəkildə qiymətləndirir: "Müəyyən faktlar məhz həmin şəxslərin öz ifadələrində əksini tapıb. Bəzi erməni millətçi və şovinist mövqedə olan dairələrin beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyi bildirilir. Müxtəlif maliyyə mənbələri hesabına fəaliyyət göstərən bəzi qurumların, o cümlədən insan hüquqları təşkilatlarının Azərbaycanın çıxardığı məhkəmə hökmlərinə qarşı çıxmağa çalışdığı qeyd olunur".