Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oyununa çıxacaq

20 Fevral 2026 10:58 (UTC+04:00)

Bu gün 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində ikinci oyuna çıxacaq.

SİA xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlanacaq.