Azərbaycan Hakimlərinin II Forumu keçirilir

20 Fevral 2026 10:22 (UTC+04:00)

Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.

SİA xəbər verir ki, 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.