"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb

20 Fevral 2026 09:07 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

SİA xəbər verir ki, 2026-cı ilin mart ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,34% artaraq 2,986 ABŞ dolları təşkil edib.