Bu gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib. ABŞ Prezidenti Donald Tramp tədbirdə çıxış edib. Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib. İclasın sonunda Sülh Şurasının qətnaməsi imzalanıb.