...Ultra-stabil lazer Ayda son dərəcə dəqiq zaman sinxronizasiyası və naviqasiya təmin edə bilər.
Onun Ayın qütblərindən birinin yaxınlığındakı soyuq, qaranlıq kraterlərdən birinə yerləşdirilmək ehtimalı mümkündür.
Beləkiklə, alimlər Ayın ən soyuq və ən qaranlıq kraterlərindən birinin içərisində lazer qurmaq istəyirlər. Bu, Aya enən və roverlərin dəqiq naviqasiya etməsinə kömək edə bilər.
SİA xəbər verir ki, New Scientist-in məlumatına görə, tədqiqat preprint server arXiv-də dərc edilib.
Ultra-stabil lazerlər yüksək dəqiqlik tələb edən zaman sinxronizasiyası və naviqasiya sistemləri üçün vacibdir.
Belə lazerlər optik rezonatorun içərisində iki güzgü arasında şüanı əks etdirməklə işləyir. Lazer şüası güzgülər arasında son dərəcə yüksək dəqiqliklə əks olunur, qismən rezonator kamerasının ölçüsü faktiki olaraq sabit qalması, yəni nə genişlənməsi, nə də büzülməsi səbəbindən…
Şüa sabitliyini qorumaq üçün güzgülər adətən son dərəcə aşağı temperaturda vakuumda saxlanılır və xarici titrəmələrdən təcrid olunur.
Ayda cənub və şimal qütblərinə yaxın yüzlərlə krater heç vaxt günəş işığı almır, çünki Ayın çox kiçik ox əyriliyi var.
Buna görə də, bu qaranlıq kraterlər son dərəcə soyuqdur: temperatur mənfi 253 dərəcə Selsiyə qədər enə bilər.
Tədqiqatın müəllifləri hesab edirlər ki, bu soyuq şərait, Ayın təbii titrəmələrinin və atmosferin demək olar ki, olmaması ilə birlikdə, bu kraterləri ultra-stabil lazer üçün ideal bir yerə çevirir.
Hesablamalar göstərir ki, bu şəraitdə Ayda lazer şüasının sabitliyi Yerdəki istənilən lazerin sabitliyindən çox yüksəkdir. Ayda yerləşdirilən lazer cihazı alimlərin laboratoriyada artıq yaratdığı cihazlara bənzəyir.
Bu, iki güzgü olan silikon kameradan ibarət optik rezonatordur.
…Alimlər inanırlar ki, mövqeləndirmə, naviqasiya və zaman sinxronizasiyasını dəstəkləmək üçün Ayda ultra-stabil lazerdən istifadə gələcək Ay missiyalarının etibarlılığını artıra bilər.
Nazlı Almuradova