“Onlar məni kədərləndirir...”

19 Fevral 2026 21:16 (UTC+04:00)

...Elvis Preslinin həyat yoldaşı Priscilla hələ də evdə onun mahnılarını ifa etdiyini etiraf edib. Onun dediyinə görə, bu mahnıların hər biri ağrılı xatirələri yada salır.

SİA-nın məlumatına görə, bu barədə Radar Online xəbər verir.

Qastrolu çərçivəsində Pottstoun-da keçirilən çıxışı zamanı 80 yaşlı aktrisa pərəstişkarlarına səmimi şəkildə keçmiş ərinin itkisinə görə kədərləndiyini söyləyib.

...Evdə Elvisə qulaq asıram. Amma bütün bu mahnılar məni kədərləndirir.

Bunu Priscilla paylaşıb.

Hələ də ağrıyan mahnılar...

Priscilla dəfələrlə "Don't", "Just Pretend", "I Can't Help Falling in Love" və "It's Now or Never" mahnılarının onun üçün xüsusi məna daşıdığını söyləyib.

O deyir ki, sonuncu Elvisin ən sevdiyi mahnı idi. Kantri müğənnisi Dolli Partonun sözlərinə görə, boşanmanın yekunlaşdığı gün Elvis Priscillaya "I Will Always Love You" mahnısını sakitcə oxuyub.

O, bu anı heç vaxt unutmayıb.

Çox erkən başlayan bir sevgi…

Onların hekayəsi şou-biznesdə ən məşhur və mübahisəli hekayələrdən biridir. Onlar 1959-cu ildə Almaniyada tanış olublar. Onda Elvisin 24, Priscillanın isə cəmi 14 yaşı var idi.

İllər sonra Priscilla ABŞ-a köçüb və 1 may 1967-ci ildə Las-Veqasda evləniblər.

Priscillanın sözlərinə görə, evlilikdən əvvəl heç bir cinsi əlaqə olmayıb. Elvis yetkinlik yaşına çatana qədər gözləyib və tez-tez onun bakirəliyini yoxlayıb.

1968-ci ildə cütlüyün Lisa-Mari adlı bir qızı dünyaya gəlib. Evlilik altı il davam edib. 1973-cü ildə cütlük boşanıb, lakin isti münasibətlərini qoruyub saxlayıblar.

Elvis 1977-ci ildə 42 yaşında vəfat edib. Lisa-Mari 2023-cü ildə 54 yaşında ürək tutmasından vəfat edib. Prissilladan nəvəsi, aktrisa və model Rayli Kio qalıb.

Elvisin ölümündən sonra…

Musiqiçinin ölümündən sonra Priscilla onun əmlakını ələ keçirib. O, Qreyslendi ABŞ-da ən çox ziyarət edilən ev muzeylərindən birinə çevirib.

Nazlı Almuradova