Azərbaycanda yol verdikləri intizam pozuntularına görə bir vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, birinə xəbərdarlıq tətbiq edilib, digəri isə cərimələnib.
SİA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Bundan başqa, yığıncaqda bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb.
Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.