Ramazanın birinci gününün iftar saatı

19 Fevral 2026 16:17 (UTC+04:00)

İftar vaxtı 18:34-ə təyin olunub.

SİA xəbər verir ki, Ramazan ayının ilk günündə möminlər gün boyu tutduqları orucu axşam azanı ilə birlikdə açacaqlar. İftar zamanı oxunan dua isə belədir:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Qeyd edək ki, Ramazan ayı müsəlmanlar üçün mənəvi saflaşma, səbir və mərhəmət ayıdır. Bu mübarək ayda edilən ibadət və duaların savabı daha böyük hesab olunur.

Allah tutulan orucları və edilən duaları qəbul etsin!