Futzal üzrə Azərbaycan millisində məşqçi təyinatı olub

19 Fevral 2026 16:09 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisində növbəti təyinat olub.

Azərbaycan Futzal Federasiyasından SİA-ya verilən məlumata görə, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.

Müxtəlif illərdə "Fener", "Neftçi" İK, EKOL, "Baku Fire", "Araz-Naxçıvan" klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokunun qalibi olub.