Ötən gün narkotiklərlə əlaqədar 54 fakt müəyyən edilib

19 Fevral 2026 11:33 (UTC+04:00)

Fevralın 18-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 84, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 54 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,8 kiloqramdan artıq narkotik vasitə və 156 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 13 tüfəng, 3 patron darağı və 68 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 100 nəfər də saxlanılıb.