Slovakiya səfirliyi Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib

19 Fevral 2026 10:06 (UTC+04:00)

Slovakiyanın Bakıdakı səfirliyi Ramazan ayının başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Slovakiyanın Azərbaycandakı səfirliyi müqəddəs Ramazan ayını qeyd edən hər kəsə sülh və xoşbəxtlik arzulayır", - paylaşımda qeyd olunub.