UEFA Çempionlar Liqasının Pley-off mərhələsində "Qarabağ" "Nyukasl Yunayted" oyununda Qarabağ qollardan birinin əvəzini çıxıb.
SİA xəbər verir ki, oyunun 54-cü dəqiqəsində Qarabağın müdafiəçisi Elvin Cəfərquliyev qol vurub. Hesab 5-1 Nyukaslın xeyrinədir. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi Norveçli Espen Eskasdır. Onun köməkçiləri isə Yan Erik Enqan, İsak Elyas Basveykendir. Qarşılaşmanın 4-cü hakimi isə Siquard Krinqstaddır. Var hakimləri Hollandiyadan olan Rob Diyperink və Denis Hiqlerdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21-45də start götürdü.