UEFA Çempionlar Liqasının Pley-off mərhələsində "Qarabağ" "Nyukasl Yunayted" oyununda Qarabağın müdafiəçisi Bəhlul Mustafazadə zədələnərək meydanı tərk edir.
SİA xəbər verir ki, onun yerinə meydana daxil olan oyunçu 16 nömrəli oyunçu Dani Boldtdur. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi Norveçli Espen Eskasdır. Onun köməkçiləri isə Yan Erik Enqan, İsak Elyas Basveykendir. Qarşılaşmanın 4-cü hakimi isə Siquard Krinqstaddır. Var hakimləri Hollandiyadan olan Rob Diyperink və Denis Hiqlerdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21-45də start götürdü.