İsrail xüsusi təyinatlıları Suriyaya girdi - TƏCİLİ

18 Fevral 2026 22:01 (UTC+04:00)

İsrailin xüsusi təyinatlıları Suriyanın Dera bölgəsində iki yaşayış məntəqəsində əməliyyat keçirib. Bu barədə "Əl Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, xüsusi təyinatlılar 7 zirehli avtomobildə Masartiya qəsəbəsinə daxil olublar. Burada sakinlərin evlərində axtarış aparılıb və radikal qruplaşma üzvləri olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Digər əməliyyat Saysun yaşayış məntəqəsində aparılıb.

Mətləb