UEFA Çempionlar Liqasının Pley-off mərhələsində "Qarabağ"- "Nyukasl Yunayted" oyununda hesab açıldı.
SİA xəbər verir ki, "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Antini Qordon hesabı açıb. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi norveçli Espen Eskasdır. Onun köməkçiləri isə Yan Erik Enqan, İsak Elyas Basveykendir. Qarşılaşmanın 4-cü hakimi isə Siquard Krinqstaddır. Var hakimləri Hollandiyadan olan Rob Diyperink və Denis Hiqlerdir. Qarşılaşma Bakı vaxtı ilə saat 21.45-də start götürdü.