Rusiyada daha bir səs-küylü həbs icra olunub. Rusiya KİV-lərinin yazdığına görə, Yaroslavlın Kirovski rayon məhkəməsi icazəsiz mitinq təşkil etdiyinə görə və Moskvada öldürülmüş müxalifət lideri Aleksey Navalnının abidəsinə gül qoyduğu üçün bir vəkili beş gün müddətinə həbs edib. O, yalnız abidəyə gül qoymuşdu. Vəkil Andrey Akimov Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi ilə günahkar bilinib. Məhkəmə ona beş günlük inzibati həbs cəzası verib.
“Rassvet” partiyası bildirir ki, 16 fevralda həmin şəxs siyasi repressiya qurbanlarının abidəsinə gələrək gül qoyub. Onun üzərində heç bir plakat olmayıb və o, şüarlar səsləndirməyib, insanlara müraciət etməyib.
Mətləb