Dünyanın ən gözəl qadını sirli bir xəstəliyə məruz qalıb...

18 Fevral 2026 20:54 (UTC+04:00)

...2025-ci ilin “Kainat gözəli” Fatima Boş (...adının Fatima olmasına baxmayın, müsəlman deyil, valideynləri də meksikalıdırlar - A.B.) Ekvadorda keçirilən festival zamanı xəstələnib.

SİA-nın məlumatına görə, “Need To Know” hadisənin videosunu yayımlayıb.

Hadisə 15 fevralda Tungurahua əyalətinin dağlıq Ambato şəhərində keçirilən ənənəvi çiçək və meyvə festivalında minlərlə qonağın qarşısında baş verib.

Belə ki, dünyanın ən gözəl qadını çiçək mövzulu qayıqda gəzib tamaşaçıları salamlayarkən xəstələnib.

...Boşun ayaqları qəfildən boşalıb, o, dekorativ podium dəstəyini tutmağa çalışsa da, amma dizləri üstə yıxılıb.

Onun işçilərindən biri dərhal gözəllik kraliçasının yanına qaçıb əlindən tutub.

Videoda "Kainat gözəli"nin huşunu itirdiyi, lakin ayağa qalxa bilmədiyi görünür.

"Need To Know"a görə, Boşun hündürlük xəstəliyindən əziyyət çəkmiş ola biləcəyi ehtimal olunur, çünki Ambato dəniz səviyyəsindən 2577 metr yüksəklikdə yerləşir.

“Kainat gözəli” titulunun sahibinin nümayəndələri hadisə ilə bağlı şərh verməyiblər, lakin məlumdur ki, o, xəstəxana müayinəsi səbəbindən 16 fevralda keçirilən festivalda iştirak etməyib.

Xatırldaq ki, 21 noyabr 2025-ci ildə Fatima Boş “Kainat gözəli” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Tayland təmsilçisi birinci vitse-miss, dördüncü və beşinci yerləri Venesuela, Filippin və Kot-d'İvuardan olan iştirakçılar qazanıblar.

Nazlı Almuradova