...Bazar iştirakçıları Forbes-ə bildiriblər ki, Rusiyada alkoqol qiymətlərinin artması və istehlakçıların daha qənaətcil xərclərə keçməsi fonunda 0,1 litrdən 0,375 litrə qədər şüşələrdə spirtli içkilərin satışı artmağa başlayıb.
SİA xəbər verir ki, LADOGA-nın məlumatına görə, 2025-ci ildə 0,1 litrlik şüşələrdə araq satışı illik müqayisədə 6,4 faiz, 0,375 litrlik şüşələrdə isə 11,4 faiz artıb.
Eyni zamanda, 0,25 litrlik şüşələrdə viski satışı 48,9 faiz, eyni ölçülü cin satışları isə 40,8 faiz artıb.
...“Alcohol Siberian Group” (ASG) da mikro həcmlərə doğru meyl qeyd edib.
Şirkətin əsas portfel inkişafı direktoru Natalia Nevorotovanın sözlərinə görə, orta qiymətli mini həcmli araqların satışı artıb. Nevorotova əlavə edib ki, 0,1 litrlik format həm büdcəyə uyğun, həm də orta qiymətli zəif likerlər səbəbindən də aktiv şəkildə artır.
…Abrau-Durso 0,25 litrlik butulkalarda üç və beş illik konyakların satışlarında artım olduğunu qeyd etdib. PostmarketingDaily platformasının qurucusu İqor Bevzenko təsdiqlədi ki, "Merzavçiki", "Çekuşki" və "Minon" vahid satışlarla ölçülən ən populyar spirtli içki məhsullarına çevrilib.
Müstəqil spirtli içki bazarı üzrə ekspert Denis Puzyrevin sözlərinə görə, ruslar stressi aradan qaldırmaq üçün, eləcə də real gəlirlərin azalması səbəbindən miniatür butulkalarda spirtli içki almağa daha çox başlayıblar.
…Qeyd edək ki, 2025-ci ildə hökumət etil spirtinə aksiz vergisini 15 faiz artıraraq litrə 740 rubla çatdırdı. Eyni zamanda, arağın minimum pərakəndə satış qiyməti 16,7 faiz artaraq 349 rubla, konyakın isə 17 faizdən çox artaraq 651 rubla çatıb.
Əli Babayev