Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb - FOTOLAR

18 Fevral 2026 15:57 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, M.Mustafaxan küçəsi 69 ünvanında fiziki şəxs Xaqani Əlimirzə oğlu Bağırova məxsus kafedə normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.

Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib.