Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı yanvar ayında 23 046 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib.
Bu barədə SİA-ya Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, onlardan 12 360-ı birbaşa, 10 686-ü isə elektron qaydada müraciət ediblər.
Ötən ay ərzində 5934 nəfərin Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı, 79 nəfərin isə vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.
Sözügedən dövrdə 586 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı DMX-yə müraciət ünvanlayıb.