Ukrayna Hərbi Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiyanın hərbi itkiləri ümumilikdə 1 milyon 256 mindən çoxdur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 24 saat ərzində Ukrayna qüvvələri 740 rus hərbçisini zərərsizləşdirib. Baş Qərargahın məlumatına görə, müharibənin başlanmasından bəri Rusiya hərbi texnikası və qüvvələri arasında itkilər belədir:
Tanklar – 11 681 ədəd (+3)
Döyüş zirehli maşınlar – 24 051 ədəd (+6)
Artilleriya sistemləri – 37 363 ədəd (+40)
Hava hücumundan müdafiə vasitələri – 1 302 ədəd (+1)
Operativ-taktiki PUA-lar – 137 924 ədəd (+1 851)
Qanadlı raketlər – 4 314 ədəd (+26)
Avtomobil texnikası və yanacaq daşıyan maşınlar – 78 919 ədəd (+194)
Xüsusi texnika – 4 072 ədəd (+1)
Qeyd olunur ki, bir gün əvvəl Ukrayna qüvvələri 890 rus işğalçısını öldürüb və yaralayıb.
Bundan əlavə, “Stalovoy Kordon” briqadasının döyüşçüləri Kursk və Şimali-Slobojiya istiqamətlərində rus işğalçılarının tankını, iki antenasını, avtomobilini və bir dronunu məhv edib.