Buzovna qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

18 Fevral 2026 13:02 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.