Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək

18 Fevral 2026 10:39 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar fevralın 18-20-də Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.