C6 ölkələrinin iştirakı ilə Bakıda beynəlxalq konfrans keçirilir

18 Fevral 2026 10:36 (UTC+04:00)

Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

SİA xəbər verir ki, konfrans çərçivəsində “Dialoqdan dayanıqlı mexanizmlərə: C6 əməkdaşlığının gələcəyi”, “Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf”, həmçinin “Qlobal qeyri-sabitlik şəraitində C6 regional təhlükəsizliyi” mövzularında panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə C6 formatına üzv ölkələrin aparıcı beyin mərkəzlərini təmsil edən ekspertlər, analitiklər və tədqiqatçılar iştirak edirlər.

Konfransın məqsədi C6 çərçivəsində strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir.