ABŞ narkotika daşıyan 3 qayığa hücum etdi, 11 nəfər öldü - TƏCİLİ

18 Fevral 2026 00:02 (UTC+04:00)

ABŞ Sakit Okeanın şərqində və Karib dənizində narkotika qaçaqmalçılığında şübhəli bilinən 3 qayığa hücum edib. SİA-nın məlumatına görə, bu barədə Cənub Komandanlığı məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində 11 nəfər həyatını itirib.

Tramp administrasiyasının narkotik qaçaqmalçılarına qarşı beş aydır apardığı mübarizə nəticəsində ölənlərin sayı 144-ə çatıb.

Mətləb