II Qareginin qardaşı və qardaşı oğlu ev dustaqlığına buraxıldı - 1 milyon müqabilində...

17 Fevral 2026 23:03 (UTC+04:00)

İrəvan Məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu - Gevork və Ambartsum Nersisyanları ev dustaqlığına buraxılıb. Ermənistan mediasının yazdığına görə, məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə ev dustaqlığı ilə əvəz olunub, həmçinin 1 milyon dram (təxminən 2,5 min dollar) məbləğində girov və yerə getməmək haqda iltizam təyin edilib.

Mətləb