"Nyukasl" klubunun baş məşqçisi Eddi Hau sabah "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında mühüm fikirlər səsləndirib. Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Oların "Liverpul" və "Çelsi komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda davam etdirmək istəyirik".
Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib: "Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".
O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür: "Bir mütəxəssis əgər baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Düzdür, onun barəsində dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".
Mətləb