Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar Cenevrədə başlayıb...

17 Fevral 2026 17:44 (UTC+04:00)

...SİA-nın məlumatına görə, 5-tv.ru saytına mənbə bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar fevralın 17-də Cenevrədə başlayıb.

Tərəflər InterContinental otelində görüşüblər.

Danışıqlar ictimaiyyət üçün qapalı keçiriləcək və nümayəndə heyətləri razılaşmanın əsas parametrlərini - hərbi, siyasi və humanitar məsələləri müzakirə edəcəklər.

Rusiyanı görüşdə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərliyi ilə 20-dən çox rəmi şəxs təmsil edəcək.

Ukrayna nümayəndələri ilə ikitərəfli əlaqələr də mümkündür. Həmçinin, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin də daxil olduğu iqtisadi məsələlər üzrə işçi qrupunun iclasları Cenevrədə keçiriləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər qeyd etmişdi ki, Rusiya lideri Vladimir Putin nümayəndə heyətinə danışıqlarla bağlı təlimatlar verib.

Bundan əvvəl Əbu-Dabidə Ukrayna münaqişəsi ilə bağlı əvvəlki iki raund Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukovun rəhbərliyi altında keçirilib. O, həmçinin yeni görüşdə iştirak edəcək.

Əli Babayev