Kürün Salyandan keçən hissəsində bir nəfər batıb

17 Fevral 2026 15:36 (UTC+04:00)

Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.