Azərbaycan İdman Akademiyasında Türkiyə Kamandan Oxatma millisinin baş məşqçisi və Beynəlxalq Kamandan Oxatma Federasiyasının məşqçilər komissiyasının sədri Göktuğ Erginin rəhbərliyi ilə məşqçilik təlim proqramı keçirilib.
Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) SİA-ya verilən məlumata görə, təlim AKOF tərəfindən təşkil olunub.
İki günlük təlim proqramında parakamandan oxatma üzrə yığmanın baş məşqçisi İlqar Abbasov, paralimpiyaçılar Əli Nəbiyev və Şahin Cabbarov da iştirak ediblər.