“Yerin təki haqqında” qanuna dəyişiklik müzakirə edilir

17 Fevral 2026 12:11 (UTC+04:00)

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Yerin təki haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirə edilir.

SİA xəbər verir ki, müzakirəyə çıxarılan təkliflərə əsasən, yerin təkindən istifadənin yeni növü müəyyənləşir.

Belə ki, su anbarlarında və sututarlarda toplanan çöküntülər (qum, qum-çınqıl, gil), habelə tunellərin və keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir.

Təklif olunan digər dəyişikliklə, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq veriləcək.