Ötən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

17 Fevral 2026 12:09 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi yanvar ayında 30 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 14 mini münasib işlərlə təmin olunub.

Ötən ay 950 şəxs üçün isə agentlik tərəfindən peşə hazırlığı kursları təşkil edilib, 15 min 75 şəxsə peşəyönümlü xidmətlər göstərilib.