"Torqovı"da yanğın başlayıb - FOTO

17 Fevral 2026 11:49 (UTC+04:00)

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində "Torqovı" ərazisində binada yanğın başlayıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.