Baş Qərargah Rusiyanın yeni itkilərini açıqladı

17 Fevral 2026 11:53 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 17-də Rusiya ordusunun müharibədə son itkiləri ilə bağlı məlumat yayıb.

SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 24 fevral 2022-ci ildən 11 fevral 2026-cı ilədək Rusiyanın ümumi döyüş itkiləri təxminən 1 milyon 255 min 340 nəfər təşkil edib. Təkcə son sutka ərzində Ukrayna qüvvələri 890 rus hərbçisini öldürüb və ya yaralayıb.

Baş Qərargahın məlumatına görə, müharibə başlayandan bu günə qədər Rusiya ordusunun texnika itkiləri də artmaqda davam edir. Ümumilikdə məhv edilən hərbi texnika aşağıdakı kimidir:

Qeyd edək ki, daha əvvəl “Polad Sərhəd” briqadasının hərbçiləri Kursk və Şimal-Slobojan istiqamətlərində düşmənə məxsus tankı, iki rabitə antenasını, avtomobili və pilotsuz uçuş aparatını məhv ediblər.

Bundan başqa, Ukraynanın Müdafiə Qüvvələri müvəqqəti işğal altında olan Krımda Rusiyaya məxsus BK-16 tipli desant katerini və RSP-10 radiolokasiya stansiyasını da sıradan çıxarıb.