Mədəniyyət naziri Adil Kərimlinin Qax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, qəbul fevralın 18-də saat 11:00-da Qax rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Şəki şəhəri, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən rayonlarından olan vətəndaşların qəbulu nəzərdə tutulub.