Bu gün Naxçıvanın bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17 Fevral 2026 02:03 (UTC+04:00)

Fevralın 17-də Naxçıvan şəhərində Azərişıq ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

SİA-nın məlumatına görə, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasından qidalanan “Xəstəxana–Asfaltzavod” 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən dövrədən açılacaq. Şəhərin 48, 49 və 52-ci məhəllələrdə saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Mətləb